Son yeniliklər


Dil və ədəbiyyatı müəllimliyi (İngilis dili və ədəbiyyatı...

Dil və ədəbiyyatı müəllimliyi (İngilis dili və ədəbiyyatı) kafedrasının müdiri Fil.ü.f.d. Heydər Eminli B

ətraflı oxu »

“Dil – karyeraya gedən yol” III Ümumrespublika ali məktə...

Qafqaz Universitetinin Pedaqoji Fakultəsi Dil və ədəbiyyatı müəllimliyi (İngilis dili və

ətraflı oxu »

Kafedranın son kurs tələbələri Pedaqoji təcrübədə...

Dili və ədəbiyyat müəllimliyi (İngilis dili və ədəbiyyatı) kafedrasının IV kurs tələbələri Nəsimi rayonu Rövşə

ətraflı oxu »

Dünya Ədəbiyyatı Bilik Yarışması...

Qafqaz Universitetində İngilis dili və ədəbiyyatı bölümü 3a sinfi tələbələrinin təşkilatçılığıyl

ətraflı oxu »

Gözlənilən hadisələr


Xoş gəlmişsiniz


Dil və ədəbiyyat müəllimliyi (İngilis dili və ədəbiyyatı)

 

           Qafqaz Universitetinin Pedaqoji fakültəsinin nəzdində 2002-ci ildən etibarən fəaliyyət göstərən İngilis dili və ədəbiyyatı kafedrası hal-hazırda Dil və ədəbiyyat müəllimliyi (İngilis dili və ədəbiyyatı ) kafedrası kimi fəalliyətini davam etdirir. Azərbaycan Respublikasında xarici dillərin tədrisi, o cümlədən İngilis dili və ədəbiyyatı müəllimlərinə olan ehtiyac və zəruriyyət universitetimizdə belə bir kafedranın açılmasına səbəb olmuşdur. 2002-ci ildə 20 tələbə, universitetin İngilis dli və ədəbiyyatı müəllimliyi kafedrasına daxil olub təhsilini uğurla başa vurmuşdurlar. Qloballaşma prosesinin geniş vüsət aldığı bir zamanda Azərbaycanda təhsilin inkişafına öz töhfələrini verən universitetimizin kafedrası xarici ölkələrdən dəvət olunmuş mütəxəssis müəllim və alimlərin potensialından səmərəli istifadə edərək işini müasir dövrün tələblərinə uyğun qurmağa çalışır.

             Dil və ədəbiyyat müəllimliyi (İngilis dili və ədəbiyyatı) kafedrasında hal-hazırda bir (1) elmlər doktoru, üç (3) filologiya üzrə fəlsəfə doktoru,bir (1) müəllim və bir (1) laborant fəaliyyət göstərir.Kafedranın dərs  saatlarının aparılmasında dörd nəfər saat hesabı müəllim çalışır, onlardan biri filologiya üzrə fəlsəfə doktorudur. Hal- hazırda kafedrada 253 bakalavr, 29 magistratura,6 dissertantura və 1 doktorantura tələbəsi öz təhsilini uğurla almaqdadır.

             Tələbələrin tədris prosesində qazandığı bilik və vərdişlərin, xüsusilə ixtisas kimi seçdiyi dilin incəliklərinə daha dərindən bələd olması üçün Böyük Britaniya və ABŞ üniversitetlərində tədris olunan dərsliklərdən istifadə olunmasına xüsusi diqqət yetirilir. Tədris prosesində “Ədəbiyyata giriş”, , “Ümumi dilçiliyə giriş”, “Araşdırma metodları ”,  “Yazı bacarıqları” , “Leksikologiya”, “Tərcümə(İng-Az,Az-İng)”, “Britaniya mədəniyyəti və ədəbiyyatı”,, “Qərb ədəbiyyatının təməlləri”, “Ədəbi tənqid”, “Müasir Britaniya yazıçıları”, “İngilis ədəbiyyatında Romantik dövr” kimi dərslərə geniş yer verilir.

            2004-cü tədris ilindən magistr pilləsi ingilis dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulu fəaliyyətinə başlamışdır. Hal-hazırda kafedrada Ali təhsilin magistratura pilləsində 29 magistr tələbəsi təhsil almaqdadır

            Kafedranın məzunlarının əsasən respublikanın ayrı-ayrı şəhər, rayon, kənd məktəblərində, eləcə də xarici ölkələrdə, Afrika ölkələri, İran, Türkiyə və digər ölkələrdə müəllim kimi fəaliyyət göstərmələri Universitetimizin uğuru kimi dəyərləndirilə bilər. Tədrisin bakalavr pilləsini bitirən məzunlarımızın xarici şirkətlərdə işləyən və dünyanın ayrı-ayrı ölkələrində, ABŞ, İngiltərə, Türkiyə, Afrika ölkələrində magistratura təhsilini davam etdirənlərlə bərabər sayı təxminən on nəfərdir.

Xüsusi linklər